AZ

NASA yüzlərlə əməkdaşını işdən çıxarır

ABŞ-nin Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) büdcənin azalması səbəbindən kütləvi ixtisarlara gedir.

Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, bir müddət əvvəl xeyli işçini işdən çıxaran NASA bu dəfə Kaliforniyada yerləşən məşhur Reaktiv Hərəkət Laboratoriyasında işçi sayını azaltmaq qərarına gəlib.

Burada 325 işçisi ixtisar olunacaq. Laboratoriyada fevral ayında da büdcə ixtisarları səbəbindən 530 işçi işdən çıxarılmışdı.

Rəhman Mirzəlizadə, Bakupost



Seçilən
26
bakupost.az

1Mənbələr