AZ

Ukrayna XİN rəhbərinin bəyanatı ələ salınıb

Tanınmış irlandiyalı jurnalist Çey Bouz Ukraynanın xarici işlər naziri Andrey Sibiqanın Ləyaqət və Azadlıq Günü münasibətilə təbrikini ələ salıb. 

 

Sfera.az xəbər verir ki, o, X sosial şəbəkəsində fikirlərini bölüşüb.

 

Jurnalist qeyd edib ki, ukraynalılar məcburi səfərbərliklə üzləşiblər və buna görə də nazirin azadlıqla bağlı sözləri ağlasığmaz səslənir. “Gəlin küçələrdə ələ keçirilən və NATO uğrunda ölümə göndərilən insanlardan ləyaqət və azadlıq haqqında soruşaq”,- o yazıb.

 

Bouz əlavə edib ki, sağ qalmaq üçün Ukrayna münaqişəsi yalnız Sibiqa və dövlət başçısı Volodimir Zelenskiyə lazımdır.

 

Bundan əvvəl Zelenski Ukraynada səfərbərliyin yetərli olmadığını açıqlamışdı. Onun sözlərinə görə, briqadaların doldurulması ləng gedir və şərqdəki qoşunlar tükənib və rotasiyaya ehtiyac var.

 

İnci 

Seçilən
14
sfera.az

1Mənbələr