AZ

İsrail Livana hava zərbələri endirdi: 50-yə yaxın ölən var

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



İsrailin Livanın şərqindəki Baalbek şəhəri yaxınlığındakı bir neçə qəsəbəyə endirdiyi aviazərbələr nəticəsində azı 47 nəfər həlak olub.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Livanın Baalbek-Hermel əyalətinin qubernatoru Bəşir Xodr məlumat verib.
"Hazırda ölənlərin sayı 47-yə çatıb, 22 nəfər yaralanıb, dağıntıların təmizlənməsi üzrə işlər və itkin düşənlərin axtarışı davam edir", - Xodr "X" sosial şəbəkəsindəki hesabında yazıb.
İsrail Ordusunun Mətbuat Xidmətinin məlumatına görə, aviasiya Beyrutun kənarında növbəti zərbələr seriyasını tamamlayıb. Bu, günün əvvəlindən bəri dördüncü hücumdur.
Hücum edilən hədəflər arasında Beyrut yaxınlığındakı Dahiya bölgəsində "Hizbullah" təşkilatının silah anbarları, komanda qərargahları və terror infrastrukturunun yerləşdiyi qeyd olunub.
Seçilən
213
50
oxu.az

10Mənbələr