2023-cü ilin əvvəlindən Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda çıxış edən Kriştianu Ronaldu karyerasını Türkiyədə davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, məlumatı "Cadena SER" yayıb.
Mənbənin məlumatına görə, portuqaliyalı ulduza "Fənərbağça"dan təklif gəlib. Belə ki, Ronalduya hazırda İstanbul nəhəngini çalışdıran Joze Mourinyunun zəng vurduğu iddia edilib: “Orada xoşbəxtsən? Sənin gedəcəyin barədə şayiələr var. Getsən, "Fənərbağça"ya gəlmək istərdin?".
Qeyd olunur ki, Joze Mourinyu həmyerlisini yanvarda komandasında görmək istəyir.
Mourinyu ilə Ronaldunun yolları vaxtilə “Real Madrid”də kəsişib.
Mirağa