AZ

Bakı-Quba yolunda quraşdırılan tərəzi sürücüləri narazı salır - AÇIQLAMA - VİDEO

Bakı-Quba yolunda quraşdırılan tərəzi standartlara cavab vermir, ərazidə tez-tez qəzalar baş verir. Avtosfer.az-ın məlumatına görə, belə bir iddianı sürücülər səsləndiriblər.

Magistral yolun Şabran rayonu ərazisindən keçən hissəsində yük maşınlarının daşıdığı yükü ölçmək üçün quraşdırılan tərəzi narazılığa səbəb olub.

Sakinlər isə bildirir ki, yolda hamarlıq pozulub. Bu səbəbdən avtomobillərə ziyan dəyir və qəzalara səbəb olur. İddialara görə yağışlı havada həmin hissə daha sürüşkən olur.

Bundan başqa, Bakı-Quba yolunun 121-ci km-də də yol sıradan çıxıb. Yolda yaranan çatlar və çuxurlar xoşagəlməz hadisələrə səbəb olur.

Yoldakı tərəzi məsələsinə aidiyyəti qurum münasibət bildirib:

“Elektron tərəzi quraşdırılmış ərazidə qəzaların olması əsassızdır. Orada cəmi bir nəqliyyat hadisəsi qeydə alınıb və o da sürücünün günahı ucbatından baş verib. Həmin ərazidə işlər tam olaraq normalara uygun həyata keçirilib. Əlavə hər hansı tədbirin görülməsi nəzərdə tutulmur''.

O da bildirilib ki, magistralın digər ərazisində yaranmış çuxurlarla əlaqəli bərpa işlərinin aparılması nəzərdə tutulub. Maliyyə vəsaiti ayrılan kimi işlərə start veriləcək.

Seçilən
19
3
avtosfer.az

4Mənbələr