Suriyanın Deyr əz-Zor vilayətində qaz yatağı ərazisində yerləşən ABŞ hərbi bazası raket hücumuna məruz qalıb.
Axar.az xəbər verir ki, bu barədə Suriyadakı hərbi mənbələr məlumat yayıb.
Amerika bazasına üç raket buraxılıb. Raketlərdən ikisi bazanın yaxınlığında partlayıb, digəri isə bazanın cənub-şərqinə düşüb.
Dağıntı və tələfat barədə informasiya verilmir.