AZ

“Cənnət xala”-nın geyimi, “Babək”-in dəri gödəkçəsi, Elşənin kəməri İLLƏR SONRA-FOTOREPORTAJ+ÖZƏL

“ “Azərbaycanfilm” kinostudiyasının geyim və rekvizit sexindəki geyimlərə qulluq etmək, onlarla təmasda olmaq çox gözəl bir hissdir. Sanki öz uşaqlıq illərimə qayıdıram. Məqsədimiz də köhnə geyimləri qoruyub saxlamaqdan ibarətdir. Bu geyimlər və rekvizitlər məhz fədakar kino işçilərinin hesabına bu günlərə gəlib çıxıb. Biz bu geyimləri düzgün qaydada saxlayırıq. Onları günəş işığından qoruyuruq, dərmanlayırıq, tez-tez havalandırırıq. Başqa cür mümkün deyil”
 
Bunu Moderator.az -a açıqlamasında “Azərbaycanfilm” kinostudiyasının geyim və rekvizit sexinin mütəxəssisi Samirə Mustafayeva deyib. O daha sonra əlavə edib:
 
“Burada minlərlə geyim və rekvizit qorunub saxlanılır. “Babək” filmində baş obrazın geyimi var. Təmiz dəridən hazırlanıb. Həmin geyimdən iki ədəd idi. “Qaynana” filmindən Nəsibə Zeynalovanın geyimini saxlamışıq. Bir çox filmlərin geyim rəssamı Əziz Məmmədov bu geyimi də qoruyub saxlayıb. “Uzaq sahillərdə” filmindən Mixaylonun geyimi və filmdə istifadə etdiyi çamadan da rekvizitlər arasındadır. “Bir qalanın sirri” filmində münəccim obrazını oynayan Ağahüseyn Cavadovun geyimi də necə varsa elə də qalıb. “Arşın mal alan” filmində Asya obrazının geyimi də rekvizit sexindədir. Bu geyimlər daha sonradan üzərinə nələrsə əlavə olunaraq başqa filmlərdə də istifadə olunur. “Qaraca qız” filmindən Xədicə obrazının və Hadı-Bıdı uşaq qəhrəmanlarının geyimləri də indiyə qədər qalıb” deyə mütəxəssis bildirib.
Seçilən
18
moderator.az

1Mənbələr