AZ

“Boyun əyməyəcəyik..” –Netanyahudan həbsi ilə bağlı qərara reaksiya

Beynəlxalq Cinayət Məhkəməsinin həbsinə order verdiyi İsrailin baş naziri Benyamin Netanyahu məsələyə münasibət bildirib.

Netanyahunun açıqlaması baş nazirin ofisi tərəfindən dərc olunan bəyanatda öz əksini tapıb.

“Biz bütün məqsədlərimizə çatana qədər təzyiqlərə boyun əyməyəcəyik və geri addım atmayacağıq”, – deyə Netanyahu bildirib.

Qeyd edək ki, Beynəlxalq Cinayət Məhkəməsi Netanyahu və sabiq müdafiə naziri Yoav Qalantın həbsinə order verib.

Seçilən
10
7
azpost.info

9Mənbələr