AZ

"Elə bilmişdilər ki, uşağım olub" - FOTO

Milli.Az xəbər verir ki, bir müddət öncə Balidə dincələn müğənni Aysel Əlizadə olay-la həmsöhbət olub.

O, tətili ilə bağlı təəssüratlarını bölüşüb. Aysel deyib ki, bu istirahət ona ruhən çox fayda verib:

"Bu il yayda istirahət edə bilməmişdim. Sentyabrda qərar verdim ki, ən gözəli əyləncədən uzaq, ruhsal istirahətdir. Çox da gözəl dincəldim. Orada daha çox özünə adaptasiya olursan. Özünlə tək qalanda özünü daha çox tanımağa çalışırsan. Baliyə getmək səbəblərimdən biri yoqa, daxili tanışlıq idi. Özümü daha yaxından tanımaq istəyirdim. Düşünürəm ki, bunlar hər birimiz üçün vacibdir".

A.Əlizadə "Çingiz Mustafayev kimi siz də uzun müddətli Baliyə köçə bilərsinizmi" sualına gəlincə, bunları deyib:

"Balidə özümü görürəm, yaşayaram. Orada hər şey gözəldir.  Fərqli istirahət, meditasiyalar... Məbədlərə getdik. Fikrimcə, hər biri ruhən öz təsirini göstərir".

Şəxsi həyatından söz açan Aysel bir müddət öncə, süni intellektlə hazırladığı analıq fotolarından danışıb:

"Düşünmüşdülər ki, artıq övladım olub. O şəkilləri çox bəyənmişdim. Özümə də çox yaraşdırmışdım. Bütün xanımlara analıq hissi arzu edirəm. Mən də özümə yaraşdırdığım üçün istədim bölüşüm. Fikrimcə, yaxşı qarşılandı. İnşallah gerçək olar. Manifest deyək...".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Seçilən
4
3
milli.az

4Mənbələr