AZ

Zalujnıdan HƏYƏCANLI AÇIQLAMA: III Dünya müharibəsi başlayıb, digər 3 ölkə də...

Ukrayna Silahlı Qüvvələrinin (AFU) keçmiş baş komandanı, hazırda isə Ukraynanın Böyük Britaniyadakı səfiri Valeri Zalujnı üçüncü dünya müharibəsinin başlandığını elan edib.

 Zalujnının sözlərinə istinadla Ukraynanın “Strana” nəşri məlumat yayıb.

Qeyd edilib o, bunu Rusiyanın Şimali Koreyadan hərbçi cəlb etməsi və İran və Çinin verdiyi dəstəklə əlaqələndirib.

O vurğulayıb ki, 2024-cü ildə müharibənin həqiqətən də başladığını hesab etmək olar, çünki Ukrayna təkcə Rusiya ilə deyil, həm də Koreya Xalq Demokratik Respublikasının (KXDR) əsgərləri ilə üz-üzədir.

Zalujnı qeyd edib ki, Ukraynaya Şimali Koreya istehsalı olan raketlər gəlir və bu, gizlədilmir və Çin mərmiləri də partladılır, Çin komponentləri Rusiya raketlərinə daxil edilir.

O, Qərb tərəfdaşlarını vəziyyətin ciddiliyini dərk etmədiklərinə görə qınayıb. Zalujnı əlavə edib ki, Ukrayna ərazisində münaqişəni dayandırmaq hələ də mümkündür, lakin “nədənsə tərəfdaşlar bunu həyata keçirmək istəmirlər”.

Onun fikrincə, Ukraynanın düşmənləri həddən artıq çoxdur və texnologiya sayəsində ayaqda qala bilsə də, təkbaşına qalib gələ biləcəyi məlum deyil. Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı qeyd edib ki, buna görə də artıq üçüncü dünya müharibəsi başlayıb.

Çərşənbə günü Zalujnı Britaniyada təlim keçən ukraynalı hərbçilərə müraciət edib. O , bildirib ki, əsgərlərin döyüş meydanında yıxılmaqdan qorxmaması son dərəcə vacibdir, çünki müasir döyüş meydanlarında sağ qalma şansları getdikcə azalır./Publika.az 

Seçilən
17
8
bizimshow.az

9Mənbələr