AZ

O da “Turan”da qalmağa isti yanaşmır: “Yenidən təkliflərə baxacam”

“Klubla sözləşməmin müddəti başa çatandan sonra yenidən təkliflərə baxacam”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Turan Tovuz”un hücumçusu Otto Con deyib.

Azərbaycanda ikinci iulini keçirən nigeriyalı legioner buradan ayrılmaq niyyətində olduğunu büruzə verib.

26 yaşlı afrikalı qarşıdakı müddətdə təkliflərə açıq olacağını gizlətməyib:

“O vaxta qədər 6-7 ay var. İyunda hansı qərar verəcəyimi indidən deyə bilmərəm.

Təkliflərə və şəraitə baxacam. Vəziyyətəuyğun qərar verəcəm”.

Otto Con 2023-cü ilin yanvarından formasını geyindiyi bölgə təmsilçisində daxili yarışlarda meydana çıxdığı 50 oyunda 13 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
9
sportinfo.az

1Mənbələr