Noyabrın 19-da Tbilisidə etiraz aksiyasının dağıdılması zamanı saxlanılan fəal İsako Devidze quru aclıq aksiyasına başlayıb.
Qaziler.az bildirir ki, bu barədə "Qruziya-onlayn" məlumat verib.
Devidze polisin əmrinə tabe olmamağa və xırda xuliqanlığa görə inzibati qaydada tutulan 16 nəfər arasında olub. Nümayişçilər oktyabrın 26-da keçirilən parlament seçkilərinin nəticələrinə etiraz ediblər.
Bir gün əvvəl Tbilisi şəhər məhkəməsi Devidzeni 8 sutka həbs edib. Bu gün məlum olub ki, saxlanılanlardan biri olan 21 yaşlı Mate Devidze barəsində cinayət işi başlanıb.
Gənc polis əməkdaşına hücum etməkdə ittiham olunur. Onu 7 ilə qədər həbs gözləyir.
QAZİLER.AZ