AZ

“Rusiya "Oreşnik"in buraxılışından 30 dəqiqə əvvəl ABŞ-ni xəbərdar edib” - Peskov

Rusiya Federasiyası "Oreşnik"in buraxılışından 30 dəqiqə əvvəl Nüvə Riskinin Azaldılması Mərkəzi vasitəsilə ABŞ-a avtomatik bildiriş göndərib.

Bizim.Media xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov TASS-a açıqlamasında deyib.
 

O bildirib ki, Rusiya da Amerika Birləşmiş Ştatlarındakı analoji sistemlə daimi əlaqə saxlayır. Kreml nümayəndəsi aydınlaşdırıb ki, xəbərdarlıq buraxılışdan 30 dəqiqə əvvəl avtomatik olaraq göndərilib.


Qeyd edək ki, daha əvvəl Peskov Rusiyanın “Oreşnik”dən istifadə edilməsi barədə ABŞ-a məlumat vermədiyini bildirmişdi. Onun sözlərinə görə, Moskvanın belə bir öhdəliyi yoxdur, çünki “Oreşnik” qitələrarası strateji raket deyil, orta mənzilli silahdır.

Bizim.Media

Seçilən
42
19
bizim.media

10Mənbələr