“Əhalinin təxminən 10 ildir ki devalivasiya qorxusu ilə yaşaması Azərbaycan iqtisadiyyatı üçün böyük faciədir".
News24.az Yenisabah.az-a istinadla xəbər verir ki, bunu iqtisadçı Əkrəm Həsənov “Pressklub TV”nin efirində qonaq olarkən deyib.
O əlavə edib: "2015-ci ilin fevralında devalivasiya oldu və həmin vaxtdan bu qorxu canımızdan çıxmır. Ola bilsin ki, Mərkəzi Bankın rəhbərliyi devalivasiyanın olmasını istəmir. Amma bir çox məqamlar Mərkəzi Bankdan asılı deyil”.
Ekspert qeyd edib ki, yaxın 3 ildə devalivasiyanın baş verməsi mütləqdir:
“Bu gün təkcə Neft Fondunun 60 milyard dollardan çox pulu var. Gələn il bu vəsait hesabına devalivasiyanın qarşısı alına bilər. Amma bu effektiv yol deyil. Hazırda ölkə iqtisadiyyatı sıxılır və valyuta gəlirlərimiz azalacaq. Bu baxımdan, devalivasiya ehtimalı var.
Proqnoz olaraq, yaxın 3 ildə devalivasiyanın olması 100 faizdir. Həcmini demək çətindir, amma yəqin ki, dolların məzənnəsi 2 manatı ötüb keçəcək”.
Əkrəm Həsəsnov növbəti devalivasiyanın 2015-ci illə müqayisədə əhali üçün elə də ağır olmayacağını vurğulayıb. Ekspert bunu onunla əsaslandırıb ki, hazırda əhalinin dollarla kreditləri demək olar ki, yoxdur. Lakin xaricdən idxal edilən məhsulların qiymətində artım qaçılmazdır.