“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola ilə imzalayacaq yeni müqavilənin detalları bəlli olub.
Bizim.Media xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
53 yaşlı mütəxəssisinin İngiltərə klubu ilə imzalanacaq yeni bir illik razılıqda müqaviləni dayandırmaq bəndi yoxdur. Bu o deməkdir ki, "Mançester Siti" üzləşdiyi məhkəmə işində uduzsa belə, Qvardiola müqaviləyə xitam verə bilməyəcək.
Qeyd edək ki, daha öncə Xosep Qvardiolanın "Mançester Siti" ilə 1+1 illik müqavilə imzalanacağı bildirilib. Onun "şəhərlilər"lə hazırkı müqaviləsi 2026-cı ilin yayına qədərdir.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta