AZ

"Qarabağ"ın rəqibi 90+8-ci dəqiqədə təslim olub - VİDEO

"Qarabağ" Avropa Liqasındakı rəqibi FCSB Rumıniya çempionatında 4-cü turdan təxirə salınmış oyunda uduzub.

İdman.biz xəbər verir ki, Buxarest təmsilçisi səfərdə "Botoşani"yə məğlub olub.

Oyunun taleyini 1 qol həll edib. Meydan sahibləri 90+8-ci dəqiqədə qələbə topunu vurublar. Komanda ölkə çempionatında təxminən 3 aydan sonra uduzub.

Qeyd edək ki, FCSB Avropa Liqasının 5-ci turunda noyabrın 24-də öz meydanında "Olimpiakos"la, "Qarabağ" isə "Lion"la qarşılaşacaq.

İdman.biz

Seçilən
47
idman.biz

1Mənbələr