AZ

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№483 Bakı şəhəri, 20 noyabr 2024-cü il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 15 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə tərəfindən yaradılan ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 15 yanvar tarixli 7 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 1, maddə 151 (Cild I); 2024, № 5 (I kitab), maddə 626) ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə tərəfindən yaradılan ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

1. 4.14.5-ci yarımbəndə “cədvəlini” sözündən sonra “, onların əməkhaqlarının məbləğini (vəzifə maaşını, vəzifə maaşına əlavələri, mükafatları və digər ödənişləri)” sözləri və “razılaşdırmaqla” sözündən sonra “gəlir və” sözləri əlavə edilsin.

2. 4.14.6-cı yarımbəndə və 4.18-ci bəndin ikinci cümləsinə “ali təhsil müəssisəsinin” sözlərindən əvvəl “Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla,” sözləri əlavə edilsin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Seçilən
42
xalqqazeti.az

1Mənbələr