AZ

Kəlbəcərin küləyi də enerjiyə çevriləcək

Bakı iqlim konfransı çərçivəsində Azərbaycanın Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi, “Clean Energy Invest LLC” və “Baltech Green LLC” arasında Kəlbəcər Külək Elektrik Stansiyasının tikintisinə investisiya qoyuluşuna dair Anlaşma Memorandumu imzalanıb.

Sənədə əsasən, “Clean Energy Invest LLC” və “Baltech Green LLC” şirkətləri layihə çərçivəsində birgə müəssisə yaradaraq yaxın zamanda ölçmə işlərinə və layihə hazırlıqlarına başlayacaq. 3100 metr hündürlükdə reallaşdırılacaq bu unikal layihə çərçivəsində inşa olunacaq külək elektrik stansiyasının gücü 200–240 meqavat təşkil edəcək. Stansiyanın 2028-ci ilin əvvəlində kommersiya fəaliyyətinə başlaması gözlənilir. Ərazinin yüksəkliyinin yaratdığı unikal şərait sayəsində layihənin ümumi gücünün gələcəkdə 600 meqavata çatdırılması üçün potensial mövcuddur.

Bu hadisəni Azərbaycan üçün qürurverici an olduğunu vurğulayan Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayevin sözlərinə görə, artıq yerli özəl investorlar ölkənin enerji keçidinə töhfə verməyə hazır olduqlarını nümayiş etdirirlər. “Baltech Green LLC”nin İdarə Heyətinin üzvü Volkan Gerdan isə rəhbərlik etdiyi şirkətin Türkiyədə “yaşıl” enerji layihələrinin hazırlanması və idarə olunmasında uğurlu təcrübəyə malikdir. O, Kəlbəcər Külək Elektrik Stansiyası layihəsinin azad edilmiş ərazilərdə həyata keçirilməsinin şirkətin Azərbaycanın dayanıqlı inkişafına verdiyi əhəmiyyətin göstəricisi kimi dəyərləndirib.

“Clean Energy Invest LLC”nin baş icraçı direktor Xəyalə Nağıyeva isə bu əməkdaşlıqdan məmnunluğunu ifadə edərək layihənin regionda yaşıl iqtisadiyyat və ekoloji dayanıqlığın qurulması istiqamətində şirkətin məqsədlərinə uyğun olduğunu bildirib. Qurumun Müşahidə Şurasının sədri və AGEC-in baş icraçı direktoru Mir Camal Paşayev Kəlbəcər külək layihəsinin Azərbaycanın dekorbanizasiya və dayanıqlı inkişaf istiqamətində əhəmiyyətli bir addım olduğunu vurğulayıb.

Seçilən
18
xalqqazeti.az

1Mənbələr