AZ

Ekofəalların inkişaf etmiş ölkələrə iqlim maliyyəsini artırmaq çağırışı

COP29 iqlim konfransında növbəti ekoaksiya keçirilib. Aksiya iştirakçıları inkişaf etmiş ölkələri iqlim maliyyəsini artırmağa çağırıblar.

Onlar iqlim dəyişikliyinin nəticələri ilə mübarizədə həssas ölkələrin dəstəklənməsinin vacibliyini vurğulayıblar. Eyni zamanda, ən çox zərər çəkmiş regionların qorunması üçün resursların ədalətli bölüşdürülməsinin əhəmiyyətini qeyd ediblər.

Ekofəallar “We need trillions, not billions” (“Bizə milyardlar deyil, trilyonlar lazımdır”) və “Pay up or shut up” (“Ya ödəyin, ya da çıxıb gedin”) şüarları ilə çıxış ediblər.

Aksiyanın təşkilatçılarından biri təkidlə bildirib ki, maliyyələ ilə bağlı məsələlər məhz burada – COP29-da həll edilməlidir.

Seçilən
57
50
xalqqazeti.az

10Mənbələr