AZ

Voleybolçularımız Şərqi Avropa turnirində

Azərbaycanın 16 yaşadək oğlanlardan ibarət millisi Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının çempionatında iştirak edəcək.

Bu barədə Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Estoniyada təşkil ediləcək turnirdə ev sahibi ilə yanaşı, Azərbaycan, Latviya, Gürcüstan, Ukrayna və Polşa yığmaları iştirak edəcəklər. B qrupunda yer alan millimizin rəqibləri Latviya və Estoniya kollektivləridir. U-16 noyabrın 27-də Estoniya, iki gün sonra Latviya ilə görüşəcək.

Yarış noyabrın 27–30-da keçiriləcək.

Qeyd edək ki, turnir AVRO-2025-ə seçmə xarakter daşıyır. Reqlamentə əsasən, çempion qitə birinciliyinin final mərhələsinə vəsiqə qazanacaq.

L.QURBANOVA
XQ

Seçilən
23
xalqqazeti.az

1Mənbələr