AZ

45 yaşdan sonra süd içmək olmaz?

45 yaşdan sonra süd həzm olunurmu? Müəyyən bir yaşdan sonra onu içməyə davam etməyə dəyərmi? Rusiyalı dietoloq Mixail Ginzburq bu sualı "Rossiya" telekanalında yayımlanan "Ən vacibi haqqında" şousunda cavablandırıb.

Həkim qeyd edib ki, 45 yaşdan sonra süddən tamamilə imtina etməməlisiniz, ancaq pəhrizdə süd və fermentləşdirilmiş süd məhsullarının nisbətini dəyişməlisiniz. Fakt budur ki, yaşla və müəyyən xəstəliklər nəticəsində insanlarda laktoza emalından məsul olan daha az ferment hasil edilməyə başlayır. Bu vəziyyətdə süd şəkərinin həzm üçün imkanı olmur. Bu da mədə-bağırsaq traktında şiddətli reaksiyaya səbəb olur - insanda ishal başlayır.

“Ümumilikdə, dünya əhalisinin təxminən 10%-i laktoza qarşı dözümsüzlükdən əziyyət çəkir. İlk öncə bu faizə daxil olub-olmadığınızı yoxlamalısınız”, -deyə həkim bildirib.

Nubar Süleymanova, “İki sahil”

Seçilən
56
ikisahil.az

1Mənbələr