AZ

Reuters: BAEA Rəhbərlər Şurası İranı tənqid edən qətnamə qəbul edib

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) Rəhbərlər Şurası İranı agentliklə əməkdaşlıq etmədiyinə görə tənqid edən Qərb qətnaməsi qəbul edib.

“Report” xəbər verir ki, bu barədə Reuters diplomatlara istinadən məlumat yayıb.

Qətnamə 19 lehinə, 3 ölkə əleyhinə, 12 ölkə isə bitərəf olmaqla qəbul edilib.

Qeyd olunub ki, qətnamə İranı agentliklə əməkdaşlığı təkmilləşdirməyə çağırır.

Sənəddə həmçinin 2025-ci ilin yazına qədər İranla bağlı ətraflı hesabat hazırlamaq üçün BAEA-ya müraciət də yer alıb.

Seçilən
81
2
musavat.com

3Mənbələr