AZ

Nazirdən pensiyalarla bağlı MÜJDƏ

Median pensiya artımını 400 manatın üzərində gözləyirik.

News24.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisin Əmək və sosial siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında bildirib.

Nazir qeyd edib ki, median pensiyada 167 manatdan 400 manata çatırıq.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev növbəti ildə əmək pensiyalarının orta aylıq göstəricisinin 531 manata çatmasının proqnozlaşdırıldığını deyib. O bildirib ki, 2019-cu ildə əmək pensiyalarının orta məbləği cəmi 264 manat idi.

Qeyd edək ki, median pensiya artımı ölkədəki pensiyaların artımının mərkəzi tendensiyasını göstərən statistik göstəricidir.


Seçilən
27
3
news24.az

10Mənbələr