AZ

Fransalı hücumçu “Qarabağ”da bəyəndiyi 4 nəfərin adını AÇIQLADI

“Qarabağ”ın “Lion”a qalib gəlmək şansının olduğunu düşünürəm”.

Sportinfo.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında vaxtilə “Qəbələ” və “Neftçi”də çıxış etmiş fransalı hücumçu Baqali Dabo Avropa Liqasının əsas mərhələsində noyabrın 28-də Bakıda “Qarabağ” və Fransanın “Lion” klubu arasında keçiriləcək V tur oyunu barədə danışarkən deyib.

O, Ağdam təmsilçisinin yaxşı komanda olduğunu bildirib:

“Avrokuboklardakı çıxışı göstərir ki, bu komanda istənilən rəqibi məğlub edə bilər. “Budyo-Qlimt”lə son görüşün gedişində yaxşı vəziyyətdə olmasalar da, qələbə qazanmağın yolunu tapdılar”.

Dabonun fikrincə, “Lion”un maliyyə problemi ilə üzləşməsi “Qarabağ”la oyunda özünü göstərməyəcək:

“Çünki orada peşəkar futbolçular çıxış edirlər. Düşüncələrini oyuna kökləyə bilir.

“Lion” ötən il heç kimin gözləmədiyi halda avrokuboklara vəsiqə qazandı. Komanda bu mövsüm daha yaxşı təsir bağışlayır”.

36 yaşlı hücumçu Azərbaycan çempionunun yaxşı oyunçulara sahib olduğunu söyləyib:

“Olavio Juninyo, Patrik Andrade və Julio Romaonun çıxışını çox bəyənirəm. Abdullah Zubir isə heç dəyişməyib.

Yenə həmin oyun tərzində qalıb. “Neftçi”nin heyətində ona qarşı oynamışam. Çox texnikalı futbolçudur”.

Baqali Dabo 2016-2018-ci illərdə “Qəbələ”nin, 2018-2020-ci illərdə isə “Neftçi”nin formasını geyinib. O, hazırda Kiprin “Ayya Napa” klubunda çıxış edir.

Seçilən
44
sportinfo.az

1Mənbələr