ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp ABŞ dövlətinin gücünə arxalanaraq dünyada sülhü bərqərar etmək istəyir.
APA xəbər verir ki, bu barədə noyabrın 21-də Trampın seçki kampaniyasının sözçüsü Kerolayn Livit məlumat verib.
"Amerika xalqı yenidən prezident Trampı seçdi, çünki onun ölkəyə rəhbərlik edə biləcəyinə və dünyada sülhü güc yolu ilə bərpa edə biləcəyinə inanır", - deyə o bildirib.
O əlavə edib ki, Tramp Ağ Evə qayıdandan sonra bunu həyata keçirmək üçün dərhal bütün lazımi tədbirləri görəcək.