Bakı. Trend:
Apple korporasiyası təmassız ödəniş xidməti və digər maliyyəəməliyyatları səbəbindən ABŞ-da rəsmi olaraq maliyyə qurumu kimitanınıb.
Trend xəbər verirki, bu barədə Bloomberg məlumat yayıb. Jurnalistlərin bildirdiyinəgörə, Apple-ın maliyyə təşkilatı statusunu qazanması yeni federalqanunla bağlıdır. Bu qanuna əsasən, ildə ən azı 50 milyon dollarlıqmaliyyə əməliyyatı həyata keçirən şirkətlər bank statusu alabilərlər. Apple isə bu tələbi Apple Pay təmassız ödəniş xidməti vəApple Card kredit kartı ilə qarşılayıb.
Şirkətin fəaliyyətinə nəzarət ABŞ İstehlakçıların MaliyyəMüdafiəsi Bürosu (CFPB) tərəfindən həyata keçiriləcək. Təşkilatınbəyanatında vurğulanıb ki, məqsəd istehlakçıları ədalətsiz və yaaldatıcı təcrübələrdən qorumaqdır. "Biz qanunu pozan şirkətlərəqarşı lazımi tədbirlər görürük," - deyə bəyanatda qeyd olunub.
CFPB-nin direktoru Rohit Çopra bildirib ki, rəqəmsal ödənişlərartıq gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib.Bloomberg-in məlumatına görə, ABŞ əhalisinin 60 faizindən çoxumobil pul kisələrindən istifadə edir və onların əksəriyyəti məhzApple Pay-a üstünlük verir.
Bu addım, Apple-ın texnologiyadan maliyyə sahəsinə doğruirəliləyişində mühüm mərhələ hesab olunur.