ABŞ-nin Florida ştatında baş verən yol qəzasında şerifin iki müavini ölüb, üçüncüsü isə ağır vəziyyətdədir.
“Far.Az”un məlumatına görə, bu barədə hakimiyyət orqanlarına istinadən “ABC News” məlumat yayıb.
Qeyd olunub ki, hadisə Palm-Biç vilayətində ştatlararası ərazidə baş verib. Belə ki, motosikletlərdə olan asayiş keşikçiləri yol hərəkətinə nəzarəti həyata keçirərkən onlardan biri mühərrikini işə salmaqda çətinlik çəkib və digər iki nəfəri ona motosikletini yoldan çıxarmağa kömək etməyə çağırıb.
Bu zaman qadının idarə etdiyi yolsuzluq avtomobili ilə polisləri vurub. Yaralılar yerli xəstəxanaya çatdırılıblar. Lakin onlardan ikisi ölüb, üçüncü isə əməliyyat olunub və vəziyyəti ağırdır.
Qadın sürücü yüngül xəsarətlərlə xilas olub və hələ də ona qarşı ittiham irəli sürülməyib.