AZ

BCM-nin Netanyahu və Qalantın həbsinə order verməsi Baydeni qəzəbləndirib

Bayden BCM-nin İsrail rəhbərliyinə qarşı sanksiyalarını qanunsuz adlandırıb...

ABŞ prezidenti Co Bayden Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) İsrailin baş naziri Binyamin Netanyahu və ölkənin keçmiş müdafiə naziri Yoav Qalantın həbsinə order verilməsi qərarını “qeyri-qanuni hərəkət” adlandırıb.

Poliqon xəbər verir ki, müvafiq bəyanat Ağ Evin saytında yerləşdirilib. Co Bayden vurğulayıb ki, Birləşmiş Ştatlar İsrailin təhlükəsizliyi təhdid edildiyi zaman həmişə onun yanında olacaq.

Dünən, noyabrın 21-də Beynəlxalq Cinayət Məhkəməsi İsrailin baş naziri Binyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qalantı 8 oktyabr 2023-cü il və 20 may 2024-cü il tarixləri arasında törətdikləri “insanlığa qarşı cinayətlər və müharibə cinayətləri” ittihamı ilə həbs qərarı çıxarıb.

BCM sözügedən siyasətçilərin, xüsusən də müharibə üsulu kimi aclıqdan istifadə etdiyini irəli sürür. İsrail bu qərarı antisemitizm adlandırıb.

Poliqon.info

Seçilən
24
poliqon.info

1Mənbələr