AZ

“Rusiyanın hərəkətləri ABŞ-ın Kiyevə dəstək qərarına təsir etməyəcək”- Ağ EV

Vaşinqton Ukraynaya hərbi yardımı davam etdirmək niyyətindədir.

Azpost.info xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karine Jan-Pyer brifinqdə bildirib.

O, Rusiyanın hərəkətlərinin ABŞ-ın qərarına təsir etməyəcəyini deyib.

Və bu davam edəcək. Bizi saxlaya bilməyəcəklər. Biz ukraynalıları lazım olan hər şeylə təmin etməyə davam edəcəyik”, – Jan-Pyer qeyd edib.

Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq ABŞ-ın Kiyevə piyada əleyhinə minaların partiyasını tədarük edəcəyini istisna etməyib. Eyni zamanda, o, ABŞ-ın Kiyevin bu cür sursatlardan istifadəsinə nəzarəti ilə bağlı suala cavab verməkdən yayınıb.

Azpost.info

Seçilən
30
azpost.info

1Mənbələr