AZ

Hər 4 uşaqdan birində diş çürüməsi var

Amerika Milli Sağlamlıq İnstitutunun (NIH) hesabatına görə, məktəbəqədər uşaqların təxminən dörddə birində diş çürüməsi var.
Dünyada uşaqlarda ən çox rast gəlinən diş xəstəliklərindən biri də diş çürüməsidir. Ölkəmizdə də diş çürüməsi böyük problem yaradır. 

Ucnoqta.az xəbər verir ki, Avropa Estetik Stomatologiya Assosiasiyasının üzvü, stomatoloq Funda Özsarı bildirir ki, dişlərin çürüməsi təkcə estetik problem deyil. “Bu, uşaqların ümumi sağlamlığına da mənfi təsir göstərir. Kariyes lezyonlarının ilkin mərhələdə aşkarlanması və müalicəsi uşağın sonrakı yaşlarda daha sağlam dişlərə sahib olmasını təmin edir. Bundan başqa, uşaqların ağız boşluğunun sağlamlığı ilə bağlı maarifləndirmələri daha da inkişaf etdiriləcək". 

Diş çürüklərinin qarşısının alınması və müalicəsinin vacibliyini vurğulayan Özsarı, məktəbəqədər dövrdə erkən müdaxiləni tövsiyə edir.
Uşaqların diş sağlamlığı problemlərini daha erkən mərhələdə aşkar etmək və uyğun müalicə üsullarını hazırlamaq mümkündür.

“Xüsusilə kiçik yaşlardan stomatoloji təhsil gücləndirilməlidir.
Diş çürüklərinin uşaqlara təsirini izah edən Özsarı, dünyada 5 yaşındakı uşaqların təxminən yüzdə 60-ı diş çürüməsindən əziyyət çəkir. Bəzi inkişaf etməkdə olan ölkələrdə bu nisbət yüzdə 80-ə çatır.

Seçilən
49
ucnoqta.az

1Mənbələr