AZ

İtaliya “qara cümə” endirimlərinə ən çox maraq göstərilən Avropa ölkəsidir

İtaliya “qara cümə” və “kiber bazar ertəsi” endirimlərinə ən çox maraq göstərilən Avropa İttifaqı (Aİ) ölkəsidir.

“İki sahil” xəbər verir ki, bu barədə “PwC” şirkətinin araşdırmasında bildirilir.

Qeyd olunub ki, İtaliyada hər 10 nəfərdən 9-u bu endirim günlərində alış-veriş etməyə maraq göstərir. Ümumilikdə istehlakçıların 86 faizi məhz endirim günlərində alış-veriş etmək niyyətindədirlər.

Bildirilir ki, italiyalı respondentlərin yarıdan çoxu (54,3 faizi) 101-500 avro arasında pul xərcləməyi planlaşdırır. İnsanlar xüsusilə, özləri üçün az, lakin dostları və ailələri üçün daha çox məhsul alırlar. Bir nəfər isə orta hesabla 229 avro xərcləyir. Vəsaitlər ən çox elektronika, geyim, tibbi, sağlamlıq və gözəllik məhsullarına xərclənir. 2023-cü ildəki 62 faizlə müqayisədə istehlakçıların yalnız 37 faizi noyabr ayının ilk həftələrində alış-verişə başlayıb.

Seçilən
17
4
ikisahil.az

5Mənbələr