AZ

Böyük Britaniyada istehlakçı inamı artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Böyük Britaniyada istehlakçı inamı artım göstərib.

Banco.az xəbər verir ki, cümə günü İngiltərədə dərc olunan sorğuya əsasən, Britaniya istehlakçıları hökumətin ilk büdcəsi və ABŞ prezident seçkilərindən sonra daha az bədbinləşiblər.

Bu da Milad ərəfəsində insanların daha çox xərcləməyə meyilli olacaqlarını göstərir.

Belə ki, GfK tədqiqat qrupunun istehlakçı inamı indeksi oktyabrdakı mənfi 21-dən noyabr sorğusunda mənfi 18-ə yüksəlib.

GfK-nın istehlakçı direktoru Neil Bellami istehlakçıların 30 oktyabr büdcəsi və 4 noyabr ABŞ seçkiləri ərəfəsindəki həyəcanlı halının sovuşduğunu söyləyib.

Ən sərfəli kredit üçün müraciət et

Seçilən
43
banco.az

1Mənbələr