AZ

NASA yüzlərlə işçini ixtisar etdi

ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) növbəti dəfə kütləvi ixtisarlar edib. Metbuat.az xəbər verir ki, bu dəfə Kaliforniyadakı məşhur “Jet Propulsion Laboratory”də işçi qüvvəsi azaldılıb. “Jet Propulsion Laboratory”dən 325 işçi çıxarılıb. Bu rəqəm laboratoriyanın ümumi işçi qüvvəsinin təxminən 5 faizinə bərabərdir. Bundan əvvəl laboratoriyadan 530 işçi işdən çıxarılmışdı. İddialara görə, işçilərin ixtisar edilməsi NASA-nın Mars missiyası üçün ayrılan büdcənin ciddi şəkildə azaldılması ilə bağlıdır. Ötən il 900 milyon dolları keçən büdcə 2024-cü il üçün cəmi 300 milyon dollara endirilib. Bu vəziyyət çox milyardlıq layihənin gələcəyini təhlükəyə atıb.

Lakin “Jet Propulsion Laboratory” iddiaları rədd edib. Bildirilib ki, ixtisarlar növbəti ilin büdcəsinin tənzimlənməsi ilə bağlıdır.

Seçilən
9
metbuat.az

1Mənbələr