AZ

Ermənistan siyasi qarşıdurmaların məngənəsində

Dünyada baş verən siyasi proseslər Ermənistana da təsirsiz ötüşməyib. Düzdür, Ermənistan sözügedən proseslərə heç bir təsir imkanına malik deyil, lakin bəzi dövlətlər bu ölkədən siyasi alət kimi istifadə etdiklərindən siyasi proseslərdə tez-tez dəyişmələr baş verir. Ermənistanın Baş naziri Nikol Paşinyanın siyasi çəkisi aşağı düşdüyündən daxili siyasəti xarici havadarlarının istəyinə uyğun tarazlamaq zorunda qalıb. Daxili revanşist qüvvələri zərəsizləşdirmək məqsədilə siyasi islahatlar adı altında kütləvi istefaların reallaşması baş naziri dalana dirəyib. İki yol ayrıcında haşa-paça qalan baş nazirə seçim etmək o qədər də asan deyil, ya daxili revanşistlərin tələbi yerinə yetirilməlidir, ya da xarici havadarların istəyi. Hələ ki, fikir ayrılığında olan daxili qüvvələri zərərsizləşdirmək yolu seçən Paşinyan "WhatsApp qrupu"nun  üzvləri olan dövlət məmurlarının  yuxusunu ərşə çəkib. Gecə ikən yüksək rütbəli məmurlara istefa ərizəsi yazmaq mesajını göndərən Paşinyan həm də çevriliş cəhdi etimalını sıfıra endirib. Nəticədə  Ermənistanda daxili siyasi mühitdə istefa dalğası baş verib. Belə ki,  Ermənistanın infrastruktur naziri Qnel Sanosyan və Dövlət Gəlirləri Komitəsinin rəhbəri Rüstəm Badasyan Nikol Paşinyanın iştirak etdiyi təcili iclasa çağırılıb. Qeyd olunur ki, onlar Paşinyanla sərt söhbətdən sonra istefa ərizəsi yazıblar. Ardınca Daxili İşlər Nazirliyinin rəhbəri Vahe Kazaryan və İstintaq Komitəsinin rəhbəri Arqişti Kyaramyan da istefa verib. Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin sədri Sasun Xaçatryan da istefaçıların sırasına qoşulub. Hazırda siyasi analitiklər baş verən istefaların səbəblərini əsaslandırmaqdan ötrü baş sındırırlar. Lakin administrasiyadan rəsmi şərh gəlmədiyi üçün irəli sürülən versiyalar elə versiya olaraq qalır. Məsələn, bildirilir ki, silsilə istefalar hansısa fikir ayrılığına və yaxud məmurların işindəki nöqsanlara görə ola bilər. Lakin nəzərə alınmır ki, istefa verənlərin mütləq əksəriyyəti ölkənin güc strukturlarının rəhbərləridir. Belə halda sözügedən fikir ayrılğı 44 günlük müharibədə Ermənistanın biabırcasına məğlub olması, yaxud  yay aylarında ölkəni bürüyən etiraz aksiyalarında onların müxalifətə qarşı lazımi peşəkarlıq nümayiş etdirməməsi ilə bağlı ola bilər. Ancaq bu versiyalardan ikincisi elə də inandırıcı görünmür, çünki Paşinyan həyata keçirdiyi sosial-iqtisadi islahatlara, əhalinin rifah halının yüksəlişinə yönəlik siyasətinə görə yox, məhz güc strukturlarının hesabına hakimiyyət kreslosunda duruş gətirə bilir. Bu zaman atılan addımın xarici havadarların istəyinə uyğun olması daha inandırıcı görünür. Nəzərə almaq lazımdır ki, Paşinyanın siyasi komandasında müxtəlif siyasi mərkəzlərə xidmət edən məmurlar var. Mövcud vəziyyətə nə qədər demokratik don geyindirilsə belə, onlar arasında Rusiya və Qərbdən təlimat alan şəxslər istisna deyil. Belə halda, vəziyyət tətləb edir ki, idarəetmədə inzibati resurslara üstünlük verilsin. Paşinyanın dərhal Vatikana səfər etməsi də bi fikri bir daha təsdiqləyir. Məlum olduğu kimi Paşinyanın hazırda erməni kilsəsi ilə münasibətləri heç də yaxşı deyil və açıq gərginlik hiss olunmaqdadır. Məhz bu səbəbdən dəstək almaq üçün xanımını da qoltuğuna vurub  Roma Papası Fransisk ilə görüşmək üçün Vatikana üz tutub.
Maraqlı məqam ondan ibarətdir ki, sözügedən istefaların Ermənistanla Azərbaycan arasında aparılan danışıqlarla əlaqəsi varmı? Bu istefalar sülh müqaviləsinin imzalanmasına təkan berəcəkmi? Əvvala qeyd edək ki, İstər Rusiya, istərsə də Qərb yaxın zamanlarda sözügedən sülh müqaviləsinin imzalanmasına imkan vermək niyyətində deyil. Bu səbəbdən də həm Ermənistana, həm də Azərbaycana müxtəlif təkliflər verməklə ikitərəfli danışıqları pozmağa çalışırlar. Sözsüz ki, eyni siyasət Rusiya və Qərbdən təlim alan erməni məmurları tərəfindən də aparılır. Bu maneəni aradan qaldırmaq üçün yeganə vasitə etirazçı məmurları zərərsizləşdirməkdir ki, Paşinyan artıq bu seçimi edib. Düşünüb ki, inzibati resurslara sahib olmaqla seçkilərə getmək daha məqbuldur. Məlumata görə, Paşinyan erkən seçkilərə gedərək parlamentdə üstünlük qazanmaq niyyətindədir. Belə halda referendum keçirmək, Konstitusiyada hər hansı dəyişiklik etmək şansı artmış olur. 
Vatikan səfəri zamanı Papa ilə görüşündə Paşinyanın müzakirə etdiyi mühüm məsələlərdən birinin də məhz Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı olub.  Paşinyan Cənubi Qafqazda erməni dövlətinin saxlanmasının vacibliyini, xristianlığı "ilk qəbul edən xalq" kimi ermənilərin Vatikan tərəfindən dəstəklənməsini xahiş edib. Belə məlum olur ki, kilsə faktorundan  istifadə edilməsi növbəsi indi də Paşinyana çatıb. Zaman göstərəcək ki, Vatikan "zavallı", "məzlum" erməniləri dəstəkləyəcək, yoxsa iki millət arasında sülhü, regionda təhlükəsizliyi. 

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
17
olaylar.az

1Mənbələr