AZ

Gəncədə bıçaqlanan qadın həyatını İTİRDİ

Xəbər verdiyimiz kimi, Gəncədə ər və arvadı bıçaqlanıb

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, 1969-cu il təvəllüdlü E.Hüseynov və onun həyat yoldaşı 1968-ci il təvəllüdlü U.Hüseynova bədənlərinin kəsilmiş-deşilmiş yaraları xəsarəti ilə xəstəxanaya yerləşdiriliblər. 

Həkimlərin səyinə baxmayaraq qadının həyatını xilas etmək mümkün olmayıb. 

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Əməliyyat axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Hadisəni törətməkdə şübhəli bilinən Daşkəsən rayon sakini, 1982-ci il təvəllüdlü R.Abbasov polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində saxlanılıb və istintaqa təhvil verilib. 

Qeyd edək ki, R.Abbasov zərərçəkən E.Hüseynovun bacısı oğludur. 

Faktla bağlı araşdırma davam etdirilir. 

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

Seçilən
10
bizim.media

1Mənbələr