AZ

Putinin rezonans doğuran müraciəti: Bu sözü demədi!

Kreml sahibi Vladimir Putin ABŞ və Böyük Britaniya raketləri ilə Rusiya ərazisinə zərbələr endirilməsinin Rusiya-Ukrayna müharibəsini regional qarşıdurmadan qlobal qarşıdurmaya çevrildiyini bidirib. Haqlıdır, ancaq bu haqda Ukraynaya qarşı müharibəyə başlamadan əvvəl düşünmək lazım idi.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Rusiya lideri Vladimir Putinin ötəngünkü video-müraciətini şərh edərkən deyib.

“Putinin sözlərinə görə, Rusiya ərazisini hədəf alan raketlər məhz amerikalı hərbçilər tərəfindən idarə olunur, çünki ukraynalı hərbçilər həmin raketləri idarə edə bilməzlər. Putin bu məsələdə də haqlı ola bilər. Ancaq yenə eyni sual yaranır: İkinci Dünya müharibəsindən sonra ilk dəfə Rusiya ərazisində niyə partlayışlar baş verir?

Vladimir Putin vide-müraciətində “təcavüzkar hərəkətlərin eskalasiyası halında biz də qətiyyətlə və qarşılıqlı şəkildə cavab verəcəyik” ifadəsini işlətdi. Ancaq Putin təxminən 8 dəqiqəlik çıxışının heç bir yerində “nüvə silahı” ifadəsini dilinə gətirmədi. Kreml sahibi bununla nüvə müharibəsi təhlükəsinin miqyasını anladığına və bundan çəkinəcəyinə işarə etdi. O, danışıqlardan imtina etmədiyi fikrini bir daha xatırlatdı. Buna rəğmən, tərəflər bir-birlərinə uzaqmənzilli raketlərlə zərbələr endirməkdə davam edəcəklər”, - politoloq bildirib.

E.Şahinoğlunun fikrincə, hazırda gərginliyin artmasında Ukrayna maraqlı görünür:

“Kiyev Rusiya ərazisini ABŞ və Böyük Britaniya raketləri ilə vurduqca Kremlin Vaşinqton və Londonla qarşıdurması artır. Kiyev bununla müharibəni Putinin də dediyi kimi, qlobal müstəviyə keçirir”.

Seçilən
7
2
axar.az

10Mənbələr