AZ

2017-ci ildən indiyədək 1636 sərhəd pozucusu, 1021 rejim pozucusu saxlanılıb - DSX

“Dövlət Sərhəd Xidməti (DSX) Sərhəd Qoşunları Komandanlığının əsas vəzifələri beynəlxalq terrorçuluğa, qeyri-leqal miqrasiyaya, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının qanunsuz dövriyyəsinə, qaçaqmalçılığa, zəhərli, radioaktiv, partlayıcı maddələrin, odlu silah və döyüş sursatının, digər kütləvi qırğın silahlarının yayılmasına qarşı mübarizə və dövlət sərhədinin mühafizəsidir. Sərhəd Qoşunları Komandanlığında xidmətin keyfiyyətinin artırılması üçün kadr hazırlığına xüsusi diqqət yetirilir”. SİA xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) rəisinin müavini-Sərhəd Qoşunlarının komandanı general-leytenant Araz Məmmədov Sərhəd Qoşunları Komandanlığının “Şəmkir” sərhəd dəstəsində keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu məqsədlə DSX Akademiyasında sərhədçi zabit kadrları hazırlanır, həmçinin digər təyin olunmuşlar üçün təlim-tədris mərkəzlərində kurslar keçirilir. Nəticədə DSX Sərhəd Qoşunlarının komandanlığı fəaliyyətə başladığı 2017-ci ildən hazırkı dövrədək dövlət sərhədlərinin etibarlı mühafizəsinin təşkili zamanı görülmüş təxirəsalınmaz əməliyyat tədbirləri və sərhəd naryadlarının ayıq-sayıqlığı nəticəsində 1636 nəfər sərhəd pozucusu, 1021 nəfər rejim pozucusu saxlanılaraq müvafiq dövlət orqanlarına təhvil verilib.

Seçilən
19
5
sia.az

6Mənbələr