AZ

Gəncədə qohumu tərəfindən bıçaqlanan qadın xəstəxanada öldü - YENİLƏNİB

Gəncədə bıçaqlanan şəxslərdən biri xəstəxanada ölüb.

Adalet.az-ın məlumatına görə, 1968-ci il təvəllüdlü U.Huseynovanın həyatını xilas etmək mümkün olmayıb.

 ***23:24

Gəncədə iki nəfəri bıçaqlan şəxs tutulub.

Adalet.az-ın məlumatına görə, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən R. Abbasov salxanılaraq  istintaqa təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

*** 23:00

Gəncədə iki nəfər bıçaqlanıb.

Adalet.az-ın məlumatına görə, hadisə şəhərin Bağmanlar küçəsində baş verib. 1969-cu il təvəllüdlü E.Huseynov və onun həyat yoldaşı bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Dərhal hər iki xəstə əməliyyat edilib, vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Məlumata görə, hər iki şəxsi E.Huseynovun bacısı oğlu bıçaqlayıb. Faktla bağlı araşdırma aparılır./unikal

Seçilən
21
1
adalet.az

2Mənbələr