AZ

Apple ABŞ-da bank statusu qazanıb

Apple korporasiyası təmassız ödəniş xidməti və digər maliyyə əməliyyatları səbəbindən ABŞ-da rəsmi olaraq maliyyə qurumu kimi tanınıb.

FED.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb. Jurnalistlərin bildirdiyinə görə, Apple-ın maliyyə təşkilatı statusunu qazanması yeni federal qanunla bağlıdır. Bu qanuna əsasən, ildə ən azı 50 milyon dollarlıq maliyyə əməliyyatı həyata keçirən şirkətlər bank statusu ala bilərlər. Apple isə bu tələbi Apple Pay təmassız ödəniş xidməti və Apple Card kredit kartı ilə qarşılayıb.

Şirkətin fəaliyyətinə nəzarət ABŞ İstehlakçıların Maliyyə Müdafiəsi Bürosu (CFPB) tərəfindən həyata keçiriləcək. Təşkilatın bəyanatında vurğulanıb ki, məqsəd istehlakçıları ədalətsiz və ya aldatıcı təcrübələrdən qorumaqdır. "Biz qanunu pozan şirkətlərə qarşı lazımi tədbirlər görürük," - deyə bəyanatda qeyd olunub.

CFPB-nin direktoru Rohit Çopra bildirib ki, rəqəmsal ödənişlər artıq gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib. Bloomberg-in məlumatına görə, ABŞ əhalisinin 60 faizindən çoxu mobil pul kisələrindən istifadə edir və onların əksəriyyəti məhz Apple Pay-a üstünlük verir.

Bu addım, Apple-ın texnologiyadan maliyyə sahəsinə doğru irəliləyişində mühüm mərhələ hesab olunur. (Trend)

Seçilən
7
1
fed.az

2Mənbələr