AZ

Fernandu Santuş Rövşən Nəcəfin görüşünə gedir: İstefaya göndərilir - DETALLAR

Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş rəhbərlik etdiyi komandanın Millətlər Liqasındakı fiaskosundan sonra istefaya göndərilə bilər.

Publika.az-ın əldə etdiyi məlumata görə, tarixinin ən pis qrup turnirini keçirən və yekun nəticədə D Liqasına yuvarlanan yığmanın uğursuzluğu AFFA rəhbərliyini narahat edib. Federasiyanın prezidenti Rövşən Nəcəf uğursuz nəticədən əlavə, gələcək üçün heç bir ümid verməyən komandanın durumundan narahat olmağa başlayıb. Estoniya (0:0) və İsveçlə (0:6) görüşlərə qədər 70 yaşlı portuqaliyalı mütəxəssisi postunda saxlamağı planlaşdıran və ona DÇ-2026-nın seçmə mərhələ oyunlarında şans verməyi düşünən federasiya rəhbəri tənqidlərdən və narazılıqlardan bezərək fikrini dəyişməyə başlayıb.

Məlumata görə, Rövşən Nəcəf Millətlər Liqasındakı çıxışla bağlı Fernandu Santuşdan hesabat istəyib. Portuqaliyalı məşqçi hesabatı yaxın günlərdə şəxsən Azərbaycan futboluna cavabdeh olan şəxsə təqdim edəcək.

Görüşün bu günlərdə və ya yeni iş həftəsinin əvvəlində baş tutma ehtimalı var. Məhz həmin toplantıda Santuşun gələcəyinə aydınlıq gələcək.

Görüş zamanı baş məşqçi ilə yolların ayrılması müzakirə olunacaq. Bu məsələdə ən böyük əngəl Fernandu Santuşun müqaviləsindəki yüksək təzminat məbləğidir. Uğursuzluq fonunda portuqaliyalıdan kompensasiyanın azaldılması da istənilə bilər.

Qeyd edək ki, bu ilin yayında Fernadu Santuşla AFFA arasında 3+1 illik müqavilə imzalanıb.

Seçilən
13
4
musavat.com

5Mənbələr