AZ

MPL: Azər Bağırov keçmiş komandasına qarşı - YENİLƏNİR

Milli komandaların oyunlarına görə yaranan iki həftəlik beynəlxalq fasilə başa çatır. 

Fanat.Az xəbər verir ki, bu gün Misli Premyer Liqasında 14-cü tur start götürəcək.

Üç günü əhatə edəcək turun açılış oyunu Tovuzda baş tutacaq. Günün yeganə qarşılaşmasında "Kəpəz" ilə "Araz-Naxçıvan" münasibətlərinə aydınlıq gətirəcəklər. Matç qərb təmsilçisinin baş məşqçisi Azər Bağırov üçün prinsipiallıq daşıyır. Belə ki, o, sabiq komandası ilə üz-üzə gələcək. 
Elmar Baxşıyevin baş məşqçisi olduğu Naxçıvan komandası səfərdən 3 xalla dönməyi bacarsa, "Qarabağ"ı taxtdan salacaq və azı bazar gününə kimi lider olacaq. "Kəpəz" isə sonuncu pillədən xilas olmaq üçün rəqibini büdrətmək əzmindədir. 

Qeyd edək ki, “Səbail” – “Qarabağ” və “Neftçi” – “Zirə” oyunları sabah, “Turan Tovuz” –“ Sabah” və “Sumqayıt”– “Şamaxı” qarşılaşmaları isə bazar günü keçiriləcək.

Misli Premyer Liqası
14-cü tur
22 noyabr 

17:00. Kəpəz – Araz-Naxçıvan
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Elvin Bayramov
VAR: Fərid Hacıyev, Rəhman İmami
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Emin Cəfərov
Tovuz şəhər stadionu

Seçilən
7
fanat.az

1Mənbələr