Bu gün Azərbaycan Premyer Liqasında 14-cü tura start veriləcək.
Publika.az xəbər verir ki, ilk gündə bir oyun baş tutacaq. Tovuzda autsayder “Kəpəz” uğurlu mövsüm keçirən “Araz-Naxçıvan”ı qəbul edəcək. İkinci pillədə qərarlaşan və 13 oyundur məğlub olmayan Naxçıvan təmsilçisi uğurlu seriyasını davam etdirməyə çalışacaq..
Turun digər görüşləri növbəti 2 günə təyin edilib. “Səbail” – “Qarabağ” və “Neftçi” – “Zirə” oyunları sabah keçiriləcək. “Turan Tovuz” – “Sabah” və “Sumqayıt” – “Şamaxı” matçları isə bazar günü baş tutacaq.
Azərbaycan Premyer Liqası, 14-cü tur
22 noyabr
17:00 “Kəpəz” – “Araz-Naxçıvan”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Elvin Bayramov.
Tovuz şəhər stadionu.
23 noyabr (şənbə)
17:00 “Səbail” – “Qarabağ”
Hakimlər: Nicat İsmayıllı, Zöhrab Abbasov, Cəmil Quliyev, Əkbər Əhmədov
“ASCO Arena”.