AZ

Məhkəmə şirkətin pulunu mənimsəyən şəxslə bağlı qərar verdi

Ali Məhkəmədə mənimsəmədə təqsirləndirilən Çingiz Lətifovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. 

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. 

 

Qərara əsasən, şikayət təmin edilməyib.

 

İttihama görə, Ç.Lətifov Bakıda müxtəlif növ masa örtükləri məhsullarının topdan satışı fəaliyyəti ilə məşğul olan MMC-lərin birində operator vəzifəsində işləyib. O, 2020-2021-ci illərdə satdığı məhsulların 38 142 manat pulunu şirkətə verməyərək mənimsəyib.

 

Sabunçu Rayon Məhkəməsinin hökmü ilə Ç.Lətifova 2 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib. Mülki iddia qismən təmin olunub, 2 106 manatın ondan tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı MMC-yə ödənilməsi müəyyən edilib. Hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi ilə zərərçəkmiş hüquqi şəxs ayrı-ayrılıqda apellyasiya şikayətləri və dövlət ittihamçısı apellyasiya protesti veriblər. Bakı Apellyasiya Məhkəməsi apellyasiya şikayətlərini qismən təmin edib, aşağı instansiya məhkəməsinin çıxardığı hökmü ləğv edib, yeni hökm elan olunub. 

 

Belə ki, Ç.Lətifov 2 il müddətinə azadlıqdan məhrum edilib. Mülki iddia qismən təmin edilib, 38 142 manat məhkumdan tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı MMC-yə ödənilib. O, məhkəmə iclas zalından dərhal həbs edilib.

 

 

Tarix: 22 Noyabr 2024, 09:30   
Seçilən
11
pravda.az

1Mənbələr