Bakı. Trend:
Baş DYP İdarəsinin küləkli hava ilə bağlı yol hərəkətiiştirakçılarına müraciət edib.
Trend xəbərverir ki, bu barədə İdarə məlumat yayıb.
Müraciətdə bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinoyabrın 22-də Bakıda və Abşeron yarımadasında, eyni zanandabölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarıxəbərdarlıq verib.
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi verilən xəbərdarlıqlaəlaqədar yollarda yarana biləcək xoşagəlməz halların qarşısınınalınması üçün hərəkət iştirakçılarına müraciət edərək onlardan yolaçıxarkən ehtiyatlı olmağı, yol hərəkəti qaydalarına ciddi riayətetməyi xahiş edir.
"Qoşqulu, tentli, uzun ölçülü yük avtomobillərinin sahibləri vəsürücüləri daha məsuliyyətli olmalı, küləkli hava şəraitindəhərəkətin çətin və təhlükəli olduğunu unutmamalı, daşıdıqları yükünqablaşdırılmasına xüsusi diqqət yetirməlidirlər.
Sürücülərə nəqliyyat vasitələrini sürüşmə, aşma və digər bu kimitəhlükə ehtimalı olan obyektlərdən kənarda saxlamaq, park edərkənqapalı məkanlara üstünlük vermək tövsiyə olunur.
Həmçinin, piyadalar da mövcud hava şəraitini nəzərə almalı,yollarda özlərinin və digər hərəkət iştirakçılarının həyat vəsağlamlığına təhlükə yaradan davranışlardan çəkinməlidirlər",- deyəqurumdan əlavə edilib.