AZ

Stiven Linç "Şimal axını - 2"nin hərracında iştirak üçün lisenziya istəyib

Amerikalı investor Stiven Linç (Steven Lynch) ABŞ hökumətindən "Şimal axını - 2" qaz kəməri hərraca çıxarılarsa, iştirak üçün lisenziya istəyib. 

Valyuta.Az xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) məlumat yayıb.  

Linçin fikrincə, ABŞ bu qaz kəmərinə sahib olarsa, Rusiya ilə sülh danışıqlarında təzyiq vasitəsi qazana bilər. O, həmçinin hesab edir ki, "Şimal axını - 2"nin alınması ABŞ-ın uzunmüddətli maraqlarına uyğundur, çünki bu addım Avropanın enerji təchizatına nəzarəti fosil yanacaq dövrünün sonuna qədər təmin etməyə imkan yaradacaq.  

Bundan əvvəl Almaniya Bundestaqının "Almaniya üçün Alternativ" (AfD) fraksiyasından olan deputat Rayner Rotfuss (Reiner Rothfuß) bəyan etmişdi ki, Berlin "Şimal axını" layihələrinin partladılması ilə bağlı hesabı yenidən seçilmiş ABŞ prezidenti Donald Trampa təqdim etməlidir.

Eyni zamanda, Bundestaq deputatı və "Sara Vaqenknecht - ağıllı qərarlar və ədalət uğrunda ittifaq" (BSW) partiyasının lideri Sara Vaqenknecht (Sahra Wagenknecht) qaz kəmərinin bərpası ilə bağlı təşəbbüs irəli sürüb. Rusiya Xarici İşlər Nazirliyi bu mövqeyi sağlam düşüncə nümunəsi kimi qiymətləndirib.  

Rəhi

Seçilən
31
valyuta.az

1Mənbələr