AZ

Vətən Müharibəsindən sonra sərhədçilərin xidmətə başladığı ərazilər - General açıqladı

Vətən Müharibəsindən sonra yaradılan sərhəd mühafizə infrastrukturu barədə açıqlama verilib.

Modern.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti rəisinin müavini-Sərhəd Qoşunlarının komandanı general-leytenant Araz Məmmədov bildirib.

“Vətən Müharibəsindən sonra Zəngilan, Qubadlı və Laçın rayonlarının ərazisində Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının 1 əlahiddə sərhəd diviziyası, 3 hərbi hissə, 11 sərhəd komendantlığı, 3 əlahiddə bölmə və 121 sərhəd-döyüş məntəqəsi dövlət sərhədinin mühafizəsinə başlayıb”.

Seçilən
27
modern.az

1Mənbələr