Rusiya prezidenti Vladimir Putin Şimali Koreyaya aralarında aslan və boz ayı da daxil olmaqla, 70-dən çox heyvan və quş çeşidindən ibarət hədiyyə göndərib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Şimali Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.
Qeyd olunub ki, Rusiyanın təbii sərvətlər naziri Aleksandr Kozlov 70-dən çox heyvanın olduğu hədiyyəni yük təyyarəsi ilə Pxenyana gətirib: "Heyvanlar arasında bir aslan, iki boz ayı, iki yak, beş kakadu, bir neçə qırqovul, mandarin ördəyi və sairlər var".
Samir Musayev
MİA.AZ