AZ

"Bu mənim əsas hədəfim olacaq" - Pep Qvardiola

“Mançester Siti” ilə yeni müqavilə bağlayan Pep Qvardiola fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, "şəhərlilər"in rəsmi saytı onun sözlərini belə çatdırıb:

"Mançester Siti" mənim üçün çox şey deməkdir. Burada doqquzuncu mövsümümü keçirirəm. Bir yerdə o qədər inanılmaz anlar yaşamışıq ki... Bu kluba xüsusi hisslərim var. Buna görə daha iki il "Mançester Siti"də olacağıma şadam. 

Mənə inanmağa və məni dəstəkləməyə davam edən hər kəsə - klubun sahibinə, Halduna, Ferrara, Çikiyə oyunçulara və təbii ki, azarkeşlərə təşəkkür edirəm. "Mançester Siti" ilə əlaqəsi olan hər kəsə... Burada olmaqdan hər zaman məmnunam. "Mançester Siti"ni çalışdırmaq mənim üçün şərəfdir.

Mənim bir məşqçinin özünə arzuladığı hər şeyim var. Bütün bunlara çox dəyər verirəm. Ümidvaram ki, qazandıqlarımızın sıralarına yeni mükafatlar əlavə edəcəyik. Bu mənim əsas hədəfim olacaq".

İspaniyalı mütəxəssis müddəti 2027-ci ilin yayında bitəcək yeni anlaşmaya imza atıb.

53 yaşlı Qvardiolanın əvvəlki müqaviləsinin müddəti 2025-ci ilin yayınadək nəzərdə tutulmuşdu. 

Pep 2016/17 mövsümünün əvvəlindən “Mançester Siti”nin "sükanı arxası"ndadır. MS onun rəhbərliyi altında altı dəfə İngiltərə çempionu olub, iki dəfə İngiltərə Kubokunu, dörd dəfə Liqa Kubokunu, üç dəfə İngiltərə Superkubokunu qazanıb.

2023-cü ildə “Mançester Siti” Çempionlar Liqası, UEFA Superkuboku və Klublararası Dünya Çempionatının qalibi olub.

Nihat

Seçilən
2
fanat.az

1Mənbələr