AZ

Təbriz sakini etnik mənsubiyyətinə görə Ermənistanda döyüldüyünü iddia edir – Video


İran vətəndaşı türk olduğu üçün Ermənistanda döyüldüyünü iddia edir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Araz News” Teleqram kanalında məlumat dərc olunub.
Bildirilir ki, adı açıqlanmayan Təbriz sakini işləmək məqsədilə getdiyi Ermənistanda bir neçə erməni tərəfindən fiziki zorakılığa məruz qalıb. Qeyd olunur ki, buna səbəb onun Azərbaycan türkü olmasıdır.
Teleqram kanalı sözügedən şəxsin zorakılığa qaldığı anların kadrlarını da yayıb.
Bildirilir ki, həmin kadrları zorakılığa məruz qalan şəxsin özü əldə edib və təhlükəsizliyini təmin etmədiyinə görə Ermənistan hökumətini məhkəməyə vermək fikrindədir.
Seçilən
8
1
yeniavaz.com

2Mənbələr