AZ

DSX rəisinin müavini: "Prezident İlham Əliyevin bu tapşırığının icrası şərəf borcumuz, fərəh və qürur mənbəyimiz oldu"

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərdiyi diqqət sayəsində 2005-ci ilin dekabr 23-də “Şəki” sərhəd dəstəsinin, 2006-cı ilin aprel ayının 14-də “Zaqatala”, 2010-cu ilin aprel ayının 29-da “Göytəpə”, 2013-cü ilin sentyabr ayının 27-də “Horadiz”, 2014-cü ilin yanvar ayının 7-də “Şəmkir”, 2021-ci ilin oktyabr ayının 21-də “Zəngilan”, 2021-ci ilin oktyabr ayının 25-də “Qubadlı” sərhəd dəstələrində, 2019-cu ilin fevral ayının 28-də “Naxçıvan” və 2023-cü ilin avqust ayının 7-də isə “Qazax” əlahiddə sərhəd diviziyaları inşa edilib, qarnizon kompleksləri əsaslı təmir edilərək xidməti istifadəyə verilib. 

Bu fikirləri Dövlət Sərhəd Xidməti (DSX) rəisinin müavini-Sərhəd Qoşunlarının komandanı general-leytenant Araz Məmmədov media- tur zamanı DSX-nin Sərhəd Qoşunları Komandanlığında jurnalistlər üçün keçirilən brifinqdə dedi.

Xidmət rəisinin müavini bildirdi ki, Prezident İlham Əliyevin Azərbaycan Sərhəd Mühafizəsinə ən yüksək etimadının göstəricisi olaraq 2017-ci ilin iyun ayının 5-də Dövlət Sərhəd Xidmətinin tərkibində Sərhəd Qoşunları Komandanlığı və digər 3 silahlı birləşmənin yaradılması barədə qərar verməsi ilə Azərbaycan Sərhəd Mühafizəsinin tarixində ən yeni mərhələnin başlanğıcı kimi xarakterizə oluna bilər. 

A.Məmmədov qeyd etdi ki, 2017-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycanın sərhəd mühafizəsinin potensialını nəzərə alaraq, Qazax-Ağstafa rayonları ərazisində Azərbaycan-Ermənistan dövlət sərhədinin mühafizəsini sərhədçilərə həvalə etdi. Prezident İlham Əliyevin bu tapşırığının icrası şərəf borcumuz, fərəh və qürur mənbəyimiz oldu: "Qazax-Ağstafa rayonları ərazisində Ermənistan dövlət sərhədi tərəfimizdən mühafizəyə götürüldükdən qısa müddət sonra Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının "Qazax" əlahiddə sərhəd diviziyası formalaşdırıldı, bilavasitə düşmənlə təmas xəttində sərhəd-döyüş məntəqələri, "Qazax" əlahiddə sərhəd diviziyasının qərargah kompleksi də, daxil olmaqla 5 hərbi hissə kompleksi tikilərək istifadəyə verildi". 

Rizvan FİKRƏTOĞLU
XQ

Seçilən
29
xalqqazeti.az

1Mənbələr